Yuxarı

Ramiz Rzayevə yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramiz Rzayev Azərbaycan Respublikasının Hakimlər İttifaqının sədri seçilib.

Axar.az xəbər verir ki, bu barədə qərar ölkədə fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliklərinin ümumi yığıncağında qəbul edilib.

Tədbirdən öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Sonra hakimlər Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Dövlət himni səsləndikdən və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfrans öz işinə başlayıb.

Konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa etməklə, xalqımıza böyük qələbə sevincini yaşadan dövlət başçısı və müzəffər Ali Baş komandan möhtərəm cənab İlham Əliyevə, qəhrəman əsgər və zabitlərə sonsuz minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri R.Rzayev açılış nitqində son illər həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatları haqqında məlumat verərək, hakimlərin ictimai birliklərinin bu işlərə daim dəstək verdiklərini bildirib.

Hakimlər Assosiasiyalarının qanun aliliyinin təmin olunması və ədalət mühakiməsinin həyata keçirilməsi, hakimlərin və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi və nüfuzunun qorunması, məhkəmə-hüquq islahatlarının dərinləşməsi və hakimlərin sosial problemlərinə dəstəyin göstərilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə mövcud 3 təşkilat əsasında respublikada fəaliyyət göstərən bütün hakimləri və hakimlik vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən bir ictimai birliyin təsis edilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra ümumi yığıncaq işinə davam edərək, mövcud ictimai birliklərin yenidən təşkili qaydasında Azərbaycan Respublikasının Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.

Nizamnamə ilə nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramiz Rzayev sədr, Sənan Hacıyev və Ələddin Cəfərov sədr müavinləri, Tahir Kazımov, Abiddin Hüseynov, Səadət Bektaşi, Vəli Abdullayev, Nuru Quliyev, Hökümə Babayeva, Ramin Qaraqurbanlı və Əsəd Mirzəliyev İdarə heyətinin, Günay Axundova, Fərid İsmayılzadə və Səlim Allahverdiyev Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Eyni zamanda, İttifaqın tərkibində daimi əsaslarla fəaliyyət göstərəcək Beynəlxalq əlaqələr, Məhkəmə-hüquq islahatları, Tədris və etika məsələləri, Hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi və Kommunikasiya məsələləri komissiyaları təsis edilib.

Tarix
2023.10.07 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla