Yuxarı

Laçında tikilən evlər: Nöqsanımız varsa… - Bakı Abadlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Bakı Abadlıq Xidməti MMC olaraq Laçın şəhərində də abadlıq işləri aparırıq. Amma təəssüf ki, kiçik bir nöqsan olan kimi bunu şişirdib cəmiyyətə təqdim edirlər. Biz həmin nöqsanların üzərində çox ciddi şəkildə işlər görürük. Hazırda Laçın şəhərində 10 MİS fəaliyyət göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Abadlıq MMC-nin direktor müavini Firdovsi Hüseynov Laçın şəhərində bəzi evlərin keyfiyyətsiz tikilməsi ilə bağlı sosial şəbəkədə yayılan şikayətlər haqda danışarkən bildirib.

“Bu MİS işçilərinin hamısı Laçın sakinləridir. 8 ayda Laçın kimi relyefdə bir şəhər tikilibsə, mütləq orda müəyyən xətalar olmalıdır. Biz bu xətaları aradan qaldırmaq üçün səfərbər olmuşuq. Bizim MİS-lər burda 24 saat işləyir”, - Hüseynov qeyd edib.

Evlərin təhvil verilməsi zamanı videoçəkiliş bitəndən sonra mebellərin yığışdırılması ilə bağlı iradlara gəlincə, direktor müavini bildirib ki, evlər yalnız mətbəx mebeli ilə təmin olunur:

“Ancaq şəhid və aztəminatlı ailələri biz şirkət olaraq tam mebellə təmin edirik. Bunun dövlətlə əlaqəsi yoxdur. Bunu özümüz hədiyyə edirik”.

Digər şikayət - Laçında biznesin qurulması və obyektlərin verilməsi ilə bağlı isə şirkətin hüquqşünası Elnur Abdullayev qeyd edib ki, Nazirlər Kabinetinin 24 sentiyabr 2022-ci ildə 370 saylı qərarı ilə işğaldan azad olunmuş torpaqlarda tikintilər dövlət qeydiyyatındadır:

“Bu gün Laçına 315 ailə köçürülüb, o sakinlərə evlər verilib, bu evlərin hamısı dövlət əmlakı sayılır. Kiminsə dövlət əmlakının üzərində sərəncam vermək kimi bir hüququ yoxdur. Burda olan inzibati binalar və qeyri-yaşayış obyektləri şəhərin balansına veriləndən sonra sakinlərin müraciətinə baxılacaq. Əgər sakin hər hansısa bir formada iş qurmaq istəyirsə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) və İqtisadi İnkişaf Nazirliyinə müraciət edir. Onun müraciəti uyğun görüldüyü halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət edir. Bundan sonra şəhər balansına verilmiş inzibati obyektlərdən cavab gəlir ki, sakinin biznesi məqsədəuyğundur və ona iş qurması üçün şərait yaradılır”.

Laçın şəhərində Laçın sakinlərinin işlə təmin edilməməsi şikayətinə isə vəkil bildirib ki, şəhərə köçürülmə aparılan zaman ilk növbədə onların işlə təmin olunması məsələsinə baxılır:

“Bakı Abadlıq Şirkəti dövlətə dəstək məqsədi ilə müəyyən iş yerləri yaradıb. Burda işləyənlərin hamısı laçınlıdır. Hazırda da vakansiyalar var”.

Tarix
2023.11.14 / 14:55
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Mənə dedilər ki, ordumuzun Azərbaycana təsiri…

Ərdoğanın Bəşər Əsədə tələbləri: Artıq addımlar atırıq!

Ərdoğan Putinə Türkiyənin iki şərtini çatdırdı!

Bakıda kəşfiyyat sahəsində üçtərəfli görüş keçiriləcək

Azərbaycan və NATO arasında mühüm müzakirə

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Gürcü Arzusu “gürcü seçimi” ilə üz-üzə

Kostanyan BMT tribunasından faşist Njdeni müdafiə etdi

Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...

Bayramov İranda mühüm iclasda çıxış etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla