Yuxarı

Qonşuda temperatur 8 dərəcə enir: bəs ölkəmizdə?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda temperatur 8 dərəcə enir: bəs ölkəmizdə?

Havanın soyuması və leysan yağışları, güclü küləklə bağlı Türkiyədə 15 vilayətdə narıncı, 16 vilayətdə isə sarı xəbərdarlıq elan edilib. Ermənistan və Gürcüstanda da bu gün axşamdan hava temperaturunun 6-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Bu hava dəyişikliyi ölkəmizə necə təsir edəcək?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova Axar.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si gündüzdən 21-i axşamadək şimal-qərb küləyinin 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

“Noyabrın 20-si axşamdan 21-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Rayonlarımızda 21-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir”, - Məmmədova bildirib.

Tarix
2023.11.20 / 10:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla