Yuxarı

O insanların başına nələr gətirilib?.. - Aynur Camal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətimizdəki problemlərlə bağlı müzakirələrin ən önəmli tərəfi odur ki, səsləndirilən fikirlər, həll yolları ilə bağlı təkliflər kağız üzərində qalmasın.

Axar.az xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal “Litaris Holdinq” MMC-nin Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi “Qadına şiddətə son” layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Narkomaniya və məişət zorakılığı ilə bağlı məsələlər müvafiq qanunvericiliyimizdə mükəmməl şəkildə əks olunub. Amma təəssüf ki, qanunların işləmə mexanizmləri qənaətbəxş deyil. Yəni əslində problemin həll yollarını bilirik, amma onların həyata keçirilməsi üçün işləmə mexanizmləri, hüquqi vasitələr və tənzimləmələr bir çox hallarda səmərəsiz olur.

Vəziyyətdən çıxış yolları haqqında düşünməliyik. Təhsil məsələsinə çox ciddi önəm verilməlidir. Təhsilli, ağıllı, öz hüquqlarını bilən qadına heç bir halda heç bir kişi zorakılıq edə bilməz. Çünki təhsilli qadın güclü qadın deməkdir. Bu problemlər həm də ondan qaynaqlanır ki, təəssüflər olsun, Azərbaycanda bir çox hallarda qadınlar bilərəkdən zəif duruma salınır. Erkən yaşda təhsildən kənarlaşdırılırlar. Və bu müvafiq hüquq-müafizə orqanlarının gözü önündə baş verir, onlar sadəcə, prosesi seyr etməklə kifayətlənirlər. Qızlarımızın orta təhsildən kənarlaşdırılması, hansı ki, Azərbaycanda müvafiq qanunvericiliyə əsasən orta təhsil icbaridir - yaxud da onların erkən yaşda evləndirilməsi - Azərbaycanda qadınların evləndirilməsi üçün yetkinlik yaşı 18 yaş nəzərdə tutulub - yolverilməzdir. Əgər bir kənddə, şəhərdə 14-15 yaşlı qız evləndirilirsə, biz yalnız ailəni, cəmiyyəti ittiham etməməliyik. Eyni zamanda o bölgədəki hüquq-mühafizə orqanları da çox böyük məsuliyyət daşıyırlar. Bu təkcə vətəndaşlıq deyil, həm də onların vəzifə borcudur. Bu sahəyə diqqəti artırmaq və problemə daha həssas yanaşmaq lazımdır. Maarifləndirmə işləri daha da artırılmalıdır. Bu işdə televiziyalarımızın da üzərinə çox böyük yük düşür. Əminəm ki, sosial çarxların, maarifləndirmə proqramlarının daha da artırılmasına yerli telekanallar önəm verəcəklər”.

A.Camal həmçinin Ermənistanda girovluqda saxlanılar azərbaycanlılar barədə də danışıb:

“İnsan Hüquqları üzrə Müvəkkilimuz (Ombudsman) Səbinə Əliyeva çox vacib bir məqamı vurğuladı. Birinci Qarabağ müharibəsində Ermənistanda saxlanılan əsir və girovlarımız bizim ən ağrılı problemimizdir. Rəsmi məlumata əsasən 4000-ə yaxın azərbaycanlı haqda heç bir məlumat yoxdur və onların təxminən 300 nəfərə yaxını qadındır. Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlarda bu məsələni davamlı olaraq qaldırır. Amma təəssüf ki, həmin soydaşlarımızın taleyi ilə bağlı heç nə edə bilmirik. Həmin soydaşlarımız düşmən ölkədə istismara məruz qalıb, qul kimi işlədiliblər. Birinci Qarabağ savaşı zamanı əsir və girov götürülənlərin 71 nəfəri uşaq olub. Söhbət 30 il əvvəldən gedir. Onlar əgər həyatdadırlarsa, artıq yetkin insanlardır. O insanların başına nələr gətirilib, indi biz onları necə xilas edə bilərik, bu barədə konkret addımlar atılmalıdır. Azərbaycan artıq qalib dövlətdir. Ermənistanı o insanların taleyi haqda məlumat verməyə, əgər sağdırlarsa, azad etməyə məcbur və ya sövq etmək üçün beynəlxalq insan hüquqları təşkilatları ilə sıx işləməli, onların da bu prosesdə iştirakına nail olmalıyıq.

Dəfələrlə sosial şəbəkələrdə Ermənistanda saxlanılan vətəndaşlarımızla bağlı videolar yayılıb. Mən özüm bir neçə dəfə o videoları ürək ağrısı ilə izləmişəm. Əminəm ki, onların çoxu həyatdadırlar, yaşayırlar. Onların azadlığa qovuşması üçün müvafiq dövlət qurumlarının rəhbərliyi ilə çox işlər görə bilərik və görməliyik”.

Tarix
2023.12.02 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla