Yuxarı

Moskvadan gələn şəxs Bakı aeroportunda saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə Moskva-Bakı aviareysi ilə dərman vasitələri, xəz dəri məmulatları, mobil telefonların və digər malların gömrük nəzarətindən yayındırılmaqla ölkə ərazisinə gətiriləcəyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, əməliyyat qrupu tərəfindən həmin malları gətirən Azərbaycan Respublikası vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən baxış keçirilməsi məqsədilə ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Baxış zamanı şəxsə məxsus çantalardan 13 ədəd xəz dəri məmulatı, 6 ədəd “Ayfon” markalı mobil telefon, 200 ədəd iynə (botoks), 85 ədəd müxtəlif növ dərman preparatı, 18 qutu elektron tütün məmulatı, 68 ədəd qəylan tütünü, 6 dəst Almaniya istehsalı olan qab-qacaq, müxtəlif növ elektronik əşyalar və yeyinti məhsulları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2023.12.04 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla