Yuxarı

Faktiki hava: Bu ərazilərə qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.

Axar.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da yeddi dərəcəyədək isti, dağlıq rayonlarda yeddi dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə sıfır dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

***

Dekabrın 17-si saat 21.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Göygöl, Xaçmaz, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Quba, Qusar, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəydə) qar yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 33 m/s, Daşkəsəndə 25 m/s, Naftalan, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasənın məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Göygöl, Qəbələ, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Tarix
2023.12.17 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi

İran yenə həddini aşdı - Videosüjet

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Tramp və Mask hədəfdə: milyarderin Putin və Si ilə əlaqəsi…

Suriyada Osmanlı ilə bağlı bu ifadə dəyişdirildi - Foto

Türkiyə sürətlə güclənir: İrəvan əlaltıdır - Karapetyan

İranda aqoniya: Əliyevə qarşı qeyri-etik davranış…

General Polad Həşimovun doğum günüdür

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı bəlli oldu

Lalə Şövkətdən gözlənilməz qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla