Yuxarı

FHN-də “Heydər Əliyev İli”nə həsr olunmuş daha bir tədbir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Nazirliyin məsul əməkdaşları və xidmətin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğulayan E.İsmayılov, ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Heydər Əliyev siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu qürur hissilə dilə gətirib.

Ümummilli Lider Heydər Əliyev ideyalarında Azərbaycançılıq, Vətənə, dövlətə sədaqət hissinin əsas yer tutduğunu bildirən digər çıxış edənlər gələcək nəsillərin bu ruhda tərbiyə olunmasını uğurların vacib şərtlərindən biri kimi qiymətləndiriblər.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tarix
2023.12.19 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla