İki il sonra Putinə zəng etdi: Qoşunları dərhal çıxart!
19:24
Ana səhifə Toplum |
Lənkəran şəhəri ərazisində yağan güclü qar bir sıra fəsadlara səbəb olub.
FHN-dən Axar.az-a verilən məlumata görə, şəhər ərazisində bəzi küçə və prospektlərdə irigövdəli ağaclar aşaraq yollarda hərəkətə maneə törədib, binaların dam örtüklərində dəmir parçaları qopub asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb.
Yaranmış fəsadların aradan qaldırılması məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Tarix
2024.01.18 / 16:04
|
Müəllif
Axar.az
|