Yuxarı

Metro tikintisindəki yanğın - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro tikintisindəki yanğın - Yeniləndi

00:09

Bakıda metro tikintisində yanğın olub.

APA-nın məlumatına görə, hadisə Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində baş verib. Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib.

Onun sözlərinə görə, Bakı metrosunun "Bənövşəyi-3" xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, şərti adları "Avtovağzal" və "Memar Əcəmi-2" olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni "Bənövşəyi xətt"ində ilk qatarlar hərəkətə başlayacaq.

00:30

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan metrostansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2016.02.09 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla