Yuxarı

UHOM Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimatı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda UHOM Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə UHOM layihəsinin özəlliklərindən danışılıb.

Layihənin təqdimat mərasiminin açılış nitqini Kiçik və və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası sədri Nigar Ələsgərova edərək, UHOM-un fərqliliyinə diqqət çəkib, inşaatdan tutmuş, bütün markalar üzrə məhsulların bir məkanda yerləşəcəyini vurğulayıb.

Sonra UHOM barədə videoçarxa baxış olub. UHOM-un müəllifi Rövşən Qasımzadə layihənin yaxın aylarda ərsəyə gələcəyini, paytaxt üzrə bir neçə məkan seçimi ediləcəyini bildirib, əlavə edib ki, UHOM-un regionlarda da filiallarının olması istisna edilmir.

UHOM-un birinci mərtəbəsi 20 min kv.m, ikinci mərtəbəsi də 20 min kv.m olacaq, birinci mərtəbəsində sırf inşaata aid olan bütün məhsullar, materiallar, alətlər, ikinci mərtəbəsində isə artıq inşaatımız bitdikdən sonra interyerdə işləyən mebel, məişət texnikası şirkətləri yer alacaq. Aksesuarlar, ev tekstili, qabqacaq, yəni A dan Z yə qədər, nə varsa, artıq evinin içini qurmaq üçün və yaxud daşınmaz əmlakını qurmaq üçün nə varsa onlar hamsı o kompleksdə olacaq.

Mərasimdə digər çıxış edənlər - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Nikolayeviç UHOM layihəsinə uğurlar arzulayıblar.

Özbəkistan Ticarət Evinin təsisçi direktoru Ramin Şərifov isə bunları deyib:

“Estetik cəhətdən də çox gözəl layihədir və şəhərimizdən kənarda yerləşəcək. Hansı ki, çox böyük bir parkinq sahəsinə malik olacaq. Bu layihənin özəlliyi ondan ibarətdir ki, burada ailəvi şəkildə insanlar gələcək uşaqları üçün ayrılan yerlərdə övladlarını təhvil verərək, istədikləri qədər alış-veriş edə biləcəklər”.

Mərasimdə o da bildirilib ki, UHOM tikinti istiqaməti ilə yanaşı, daşınmaz əmlak üzrə mərkəz olaraq da müştərilərin xidmətində olacaq. Bundan başqa, layihələndirmə, dizayn, təmir, quraşdırma və çatdırılma xidmətləri bu kompleksin üstünlükləri sırasında olacaq. Kompleksdə bank xidmətləri də olacaq.

UHOM - yeniliklər və fərqlilik bizi gözləyir!

Tarix
2024.01.25 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla