Yuxarı

Silah alveri edənlər tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silah alveri edənlər tutuldu - Foto

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, eləcə də alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

Musavat.com-un məlumatına görə, Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının Abşeron rayonu Masazır qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Cavid Hacıyev "Makarov" markalı tapançanı 8 ədəd patronu olan sandıqçası ilə birlikdə 2300 manata satmaq istəyən zaman saxlanılıb.

C.Hacıyevin ətrafında aparılan araşdırmaların davamı olaraq Zəngilan RPŞ və Qazax RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ona həmin silahı verən dəstənin digər üzvü, Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov da tutulub.

Araşdırmaların davamı olaraq müəyyən edilib ki, S.Məmmədov həmin silah-sursatı bu ilin fevral ayının 5-də "Niko" ləqəbli Gürcüstan vətəndaşından götürərək C.Hacıyevə çatdırıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətkar dəstənin daha iki üzvü, Qazax rayon sakinləri, əvvəllər məhum olumuş Tural Haqverdiyev və Raqif Hacıyev müəyyən edilərək saxlanılıblar.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2016.02.11 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla