Yuxarı

Tələbələrə müjdə: bir neçə yerdən təqaüd alacaqlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələrə müjdə: bir neçə yerdən təqaüd alacaqlar

Tələbələrin təqaüdlərində yeniliklərin tətbiqi ilə bağlı Axar.az-ın suallarına Təhsil Nazirliyinin baş məsləhətçisi Natiq İbrahimov cavab verir:

- Yeni qaydaları daha anlaşıqlı formada necə izah edərsiniz?

- Bir universitetə, məsələn,100 nəfər dövlət sifarişi ilə qəbul olunubsa, onlar ilk semestrdəstandart, lakin növbəti semestrdən başlayaraq imtahan nəticələrinin göstəricisinə uyğun olaraq təqaüd alacaqlar. Təqaüd hər semestr üçün müxtəlif olacaq. Tələbənin ÜOMG-sinin hesablanmasına görə hər semestrin sonunda növbətisi üçün təqaüd müəyyənləşəcək...

- Bu praktikadan əvvəllər də istifadə olunub...

- Amma indi ciddi fərqlər var. Məsələn, dövlət sifarişli yerlərə qəbul olunan tələbələrin nəticələri zəif olanda təqaüddən məhrum edilirdilər. Onlar üçün nəzərdə tutulan təqaüdlərdən isə heç kim faydalana bilmirdi. Ancaq indi həmin təqaüdlər istifadə olunacaq. Digər tələbələr bundan istifadə etmək uğrunda rəqabət aparacaqlar.Bu, təhsildə keyfiyyəti qaldırmaq üçün rəqabət mühiti yaradacaq.Artıq həm tələbələr yaxşı oxuyacaq, həm də bir-birinə nəzarət edəcəklər. Əvvəllər yaxşı oxuyan tələbəni ətrafda baş verənlər maraqlandırmırdı, amma indi elə olmayacaq. Biri yaxşı qiymət alanda digər tələbə buna etiraz edəcək. Bu isə təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

- Ödənişli əsaslarla oxuyan tələbələr ÜOMG-ninhesablanmasına görə təqaüd alarsa, təhsil haqqında hər hansı güzəştlər olacaqmı?

- Təhsil haqqının alınan təqaüdlə heç bir əlaqəsi yoxdur. Çünki 12 aylıq təqaüd demək olar ki, təhsil haqqına bərabərdir. Buna görə də təqaüdün təhsil haqqına heç bir aidiyyəti nəzərdə tutulmayıb.

- Avropa təcrübəsində tələbə eyni vaxtda bir neçə yerdən təqaüd almaq imkanına sahibdir. Bəs bizdə?

- Bəli, bu artıq bizdə də tətbiq olunacaq. Əvvəllər bir yerdən təqaüd alan tələbə digər yerlərdən təqaüd ala bilmirdi. Amma indi yaxşı tələbə bir neçə yerdən rahatlıqla təqaüd almaq imkanlarına sahib olacaq.

Xatırladaq ki, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"na uyğun təyin olunmasını və ödənilməsini, təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etmək tapşırılıb.

Tarix
2016.02.14 / 10:02
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Orxan Həsənov bu mərkəzin direktoru təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla