Yuxarı

"Azercell" “Biznesim" paketlərində internetin həcmini artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Telekom” “Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini 2-5 GB civarında artırır. Bu artıma qarşı qiymətlər cəmi 2 manat qalxacaq.

25 mart 2024-cü il tarixdən etibarən Azercell Telekom MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketləri üzrə daha əlverişli şərtlər təqdim edilməyə başlanılır.

Belə ki, “Biznesim” tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmində artım edilməklə daha rahat istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilər “Biznesim” tarif paketləri üzrə digər imkanlardan (zəng\SMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər.

25 mart 2024-cü il tarixdən etibarən “Biznesim 1GB” tarifi “Biznesim 3GB” (+ 2GB), “Biznesim 3GB” tarifi “Biznesim 6GB” (+3GB), “Biznesim 5GB” tarifi "Biznesim 9GB" (+4GB), “Biznesim 10GB” tarifi "Biznesim 15GB" (+5) və “Biznesim 50GB” tarifi "Biznesim 55GB" (+5GB) adlanacaq. Qiymətlər isə 12 AZN, 17 AZN, 22 AZN, 32 AZN və 52 AZN deyil, müvafiq olaraq 14 AZN, 19 AZN, 24 AZN, 34 AZN və 54 AZN təşkil edəcəkdir.

Qeyd edilib ki, abunəçilər göstərilən dəyişikliklər, “Biznesim” tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə ətraflı məlumatları Şirkətin rəsmi internet səhifəsindən, həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Tarix
2024.02.22 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla