Yuxarı

Azərbaycanda Ramazan ayı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Ramazan ayı başladı

Azərbaycanda Ramazan ayı başlayıb.

Axar.az xəbər verir ki, Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir.

Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fitva verib.

Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır:

"Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək".

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:

"Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Fitvada din xadimlərinə iftardan öncə məclislərdə ehsan verilməsinin qəti qadağan olduğu xatırladılıb:

"Çünki Allahın hökmü, peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir".

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Tarix
2024.03.11 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla