Yuxarı

Azərbaycan saytlarına haker hücumu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan saytlarına haker hücumu

"Saytımıza gecə saatlarında hücum edilib. Sayta giriş bağlanıb və ana səhifədə belə bir qeyd yerləşdirilib: "Happy hackked Happy your system Attacker Al Arabian Hussein... Your control panel have very most bugs :))) url/PuBadmin".

Bu sözləri "Axar.az"a açıqlamasında "Teleqraf.com" saytının baş redaktoru Zahid Nurəliyev dedi. O bildirdi ki, saytın dağılmasında rəqiblərinin də əli ola bilər:

"Sayt dağıdılsa da, admin-paneldə problem yox idi. Yəni bazaya toxunulmayıb və sayta xəbər əlavə etmək olurdu. Sadəcə, sayt açılmırdı. Saat 10:50-də problem aradan qaldırıldı. Hücumun səbəbi və kim tərəfindən edilməsinə gəlincə, buna 100 faizlik cavab vermək çətin olar. Bu rəqiblərimiz də ola bilər. Son iki gündə sayta giriş bir neçə dəfə artıb. Başqa bir ehtimalımız isə ondan ibarətdir ki, dünən İran və vəhabilərlə bağlı bir necə xəbər qoymuşduq. Xüsusən də İranla bağlı xəbər Feysbukda geniş müzakirə olunmuşdu. 200-dən artıq şərh yazılmışdı və bunların çoxu bizə qarşı yönəlmişdi. Ona görə ehtimal var ki, onlar da etmiş ola bilər".

Qeyd edək ki, saytın dağıdılması başqa saytların da işində çətinliklər yaradıb. "Teleqraf.com"da yerləşdirilən bannerlərdən "Teleqtaf MMC"yə məxsus digər saytlara - "Axar.az" və "1937.az"yə də hücum cəhdləri olub. Ancaq bir neçə dəqiqəlik müdaxilədən sonra haker hücumu dayandığından, sözügedən saytların fəaliyyətində problem yaranmayıb.

Məlumat üçün bildirək ki, "Teleqraf.com"un texniki heyəti hazırda problemi aradan qaldırıb və sayt normal fəaliyyət göstərir.

Tarix
2014.02.07 / 11:56
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla