Yuxarı

Paşinyan deyib ki, ya 4 kəndi veririk, ya da müharibə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Tavuşa səfəri zamanı “mübahisəli 4 kəndin” Azərbaycana qaytarılmalı olduğunu, əks halda müharibə başlayacağını deyib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri erməni jurnalist Voskan Sərkisyan Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuşa bugünkü səfəri və yerli sakinlərlə görüşü haqda danışarkən deyib.

O bildirib ki, baş nazir yerli sakinlərə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin təslim edilməsinin zəruri olduğunu deyərək onları hədələyib:

“Paşinyan bu gün Əskipara kəndində Bağanis Ayrım və ətraf qəsəbələrin sakinləri ilə görüşüb. Köməkçisi Mger Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan (Barana) icmasının rəhbəri Arsen Ağababyan da görüşdə iştirak ediblər.

Nikol Paşinyan sonuncu mətbuat konfransında nümayiş etdirdiyi Ermənistan xəritəsini yenidən göstərib. O, sakinlərə Azərbaycanın istədiyi 4 kəndin təhvil verilməli olduğunu deyib, əks halda müharibə ilə hədələyib. Sakinlər soruşub ki, bəs Azərbaycan kəndlərin əvəzində Ermənistana nəyi güzəştə gedəcək? Baş nazir Bakının heç bir təzminat ödəməyəcəyini qeyd edib”.

V.Sərkisyan iddia edib ki, N.Paşinyan kəndlərlə bağlı Ermənistan xalqının üç yolunun olduğunu açıqlayıb:

“Baş nazir görüşdə sakinləri hədələyib ki, ya kəndləri təslim edəcəyik, ya razılıq verməyəcəyik, ya da Azərbaycanla müharibə edəcəyik. O, bu dəfə guya Türkiyənin də Azərbaycan tərəfindən müharibəyə qoşulacağını vurğulamaqla sakinləri qorxutmağa çalışıb. Paşinyan həmçinin sərhəddə Azərbaycanın əsas mövqeləri nəzarətə götürdüyünü açıqlayıb”.

Qeyd edək ki, Paşinyanın bugünkü səfəri haqda təfərrüatlı açıqlama yayılmayıb. Nazirlər Kabinetindən bildirilib ki, görüşlərlə bağlı videolar az sonra rəsmi sosial şəbəkə kanallarına yerləşdiriləcək.

Tarix
2024.03.18 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla