Yuxarı

Möminə Xatun türbəsi ətrafında nə baş verir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi media subyektlərində Möminə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, açıqlamada Naxçıvanın simvollarından olan Möminə Xatun türbəsinin ətrafındakı yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunur.

Bildirilib ki, Naxçıvan şəhərinin Əcəmi seyrangahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin başlatdığı tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisinə yerləşdirilməsi ilə əsaslandırıb.

Xidmət tərəfindən qeyd olunub ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabellə əvəzlənməsi işləri də aparılacaq. Bütün bunları nəzərə alaraq şəhər icra hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın qanunauyğun formada qurulması üçün müvafiq yer ayrılacaq.

Tarix
2024.03.18 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla