Yuxarı

AGBank və müştəriləri aldadan zərgər yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqazbank"ın (AGBank) "borc əməliyyatı" nəticəsində Bakı sakini Həsən Məmmədhüseyn oğlu Seyidlinin məhkəməyə verildiyi barədə xəbər vermişdik.

Məlumatda bildirilirdi ki, H.Seyidov banka qızıl girov qoyaraq 6 min 300 manat kredit götürüb. Həmin pulun 4 min manatı qızıl-zinət əşyalarına görə yerindəcə geri alınıb. Lakin H.Seyidli onun adına banka girov qoyulan həmin qızılları görmədiyini bildirib.

"Axar.az"a daxil olan məlumata əsasən, həmin vaxt "AGBank"da qiymətləndirici kimi fəaliyyət göstərən Arif Muxtar oğlu Piriyev barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bundan əvvəl isə onun qanunsuz hərəkətləri barədə "AGBank" ASC-nin idarə heyətinin sədri A.Mövsümov polisə müraciət edib. Onun müraciətindən sonra aparılan araşdırmalarda A.Piriyevin bir nəfəri aldatması üzə çıxıb.

Qızıl əvəzinə dəmir və mis girov qoyub

Araşdırma nəticəsində bankda qiymətləndirici işləyən A.Piriyevin Amanova Ruhiyyə Rəhman qızının adına saxlanca qoyduğu saatın əslində qızıl olmadığı məlum olub. Həmin saat xrom, dəmir və mis elementlərinin qarışığından hazırlanıbmış. A.Piriyev həmin saatı 3 min manat dəyərində qiymətləndirərək Ruhiyyə Amanovaya 2 min 400 manat kredit ayrılmasına razılıq verib. Bir müddətdən sonra isə həmin qadın krediti ödəmədiyi üçün bank rəhbəri polisə müraciət edib.

Toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokuror Həsrət Pirməmmədov A.Piriyevin əməlində kifayət qədər cinayət əlamətlərinin olmasını nəzərə alaraq barəsində Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (səhlənkarlıq) ilə cinayət işinin başlanmasına qərar verib. İşin araşdırılması müstəntiq Asif Şıxəliyevə tapşırılıb. Lakin müstəntiq araşdırma getdiyindən bu barədə hər hansı informasiya verməkdən imtina edib.

Aldananların siyahısı uzanır

Həsən Seyidli də eyni ssenari ilə aldadılaraq girov kimi adına qızıl-zinət əşyaları qoyulub. Lakin sonradan kreditin saxta sənədlərlə rəsmiləşdirildiyi üzə çıxıb. Hazırda onun şikayəti Apellyasiya Məhkəməsində araşdırılır. "AGBank"ı məhkəmədə təmsil edən nümayəndə son iclasda müştərinin adına girov kimi rəsmiləşdirilən həmin qızılların saxta olduğunu etiraf edib. Buna görə hakim məsələnin növbəti iclasda araşdırılacağını elan edərək prosesi təxirə salıb.

Xatırladaq ki, H.Seyidli 2010-cu il yanvarın 8-də "AGBank"ın Sumqayıt filialından kredit götürüb. Dəyəri 9 min 364 dollar olan qızıl-zinət əşyaları 4 min dollara rəsmiləşdirilib və həmin pul yerindəcə vətəndaşdan geri alınıb. Sonradan kreditin bir hissəsini ödəsə də, bank ondan faizlərlə birgə 35 min 187 dollar borcu ödəməsini tələb edib. Bundan sonra başlanan mübahisələrdə H.Seyidlinin aldadıldığı məlum olub.

Görünən odur ki, H.Seyidov A.Piriyevin aldatdığı sonuncu müştəri deyil. İstintaq zamanı digər şikayətçilərin də üzə çıxacağı istisna edilmir.

Tarix
2014.02.07 / 17:05
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla