Yuxarı

Azərbaycanda iki mühüm hadisə gözlənilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iki mühüm hadisə gözlənilir

Növbədənkənar prezident seçkilərindən sonra gündəmə gələn məsələlərdən biri də Konstitusiyaya uyğun olaraq Milli Məclisə seçkilərin nə vaxt keçiriləcəyidir. Bu proses çərçivəsində tezliklə ölkədə referendumun keçirilməsi də müzakirə edilir. Səbəb kimi ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra yeni reallıqların yaranması göstərilir.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, yaxın vaxtlarda referendumun keçirilməsi tamamilə mümkündür:

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, parlament seçkilərinin keçirilməsinin vaxtı yaxınlaşır. Hər iki məsələ aktualdır. Lakin bunlardan hansının daha öncə baş tutması aidiyyəti yerlər tərəfindən müəyyənləşdiriləcək.

Əvvəlcə, referendum keçirilib Milli Məclisə seçkilərlə bağlı müddəalar çıxarılarsa, parlament seçkiləri gələn ilin fevral ayına da qala bilər. Əgər referendum olmasa, parlament seçkiləri ən gec noyabrın ilk həftəsinin bazar gününə qədər baş tutmalıdır”.

Hüquqşünas Fuad Ağayevin sözlərinə görə, təxminən eyni vaxtda referendum və Milli Məclisə seçkilər keçirilə bilər:

“Fövqəladə vəziyyət yoxdur. Ona görə də 2024-cü ilin noyabr ayına qədər Milli Məclisə seçkilər keçirilməlidir”.

Tarix
2024.04.08 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Prezident Daramber Qoxul ilə görüşdü

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

WUF13-ün məhz Azərbaycanda keçirilməsi bunu göstərir

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Bakı buna səmimi marağını nümayiş etdirir - Bayramov

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla