Yuxarı

Gəncə Avtovağzalı sədrinin oğlu bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə Avtovağzalı sədrinin oğlu bıçaqlandı

Bu gecə saat 01:00-da Gəncədə 25 yaşlı gənc bıçaqlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bıçaqlanan Gəncə sakini İlqar Namiq oğlu Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinə üzərində bıçaq xəsarətləri ilə yaralı daxil olub (ANS).

Onu arxadan ürək nahiyyəsindən vurublar, zərbə güclü olduğu üçün bıçaq o üzdən çıxıb. Gənc dərhal əməliyyat olunub. Həkimlər hazırda onun vəziyyətinin ağır olduğunu deyir.

Hazırda İlqar Həsənov reanimasiya şöbəsində, həkim nəzarətindədir. Gəncə polisindən verilən məlumata görə, gənc gecə tanışları ilə birlikdə yeyib-içdikdən sonra bıçaqlanıb. Hazırda faktla bağlı bir neçə şəxs şübhəli qismində nəzarətdədir.

Qeyd edək ki, bıçaqlanan şəxs "Gəncə Avtovağzal" ASC-nin sədrinin oğludur.

Oğlunun bıçaqlanması ilə əlaqədar Namiq Həsənov açıqlamasında hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, oğlu dalaşan dostunu ayırmaq istəyərkən bıçaqlanıb.

"Əsgər yoldaşı bir neçə şəxs tərəfindən döyülüb. İlqar da onu ayırmaq istəyib. Bu zaman təsadüfən onu vurublar. Hazırda oğlumun vəziyyəti yaxşıdır, heç bir problem yoxdur", - deyə Namiq Həsənov vurğulayıb.

Tarix
2014.02.08 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla