Yuxarı

Azərbaycanda pomidora ayı geni transfer edilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida məhsullarının tərkibində müxtəlif gəmiricilərin və ayı geninin olmasına dair iddialar absurddur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

Agentlik sədri qeyd edib ki, ictimailəşdirilən istənilən məlumat kompetent mənbəyə əsaslanmalıdır:

“Molekulyar genetika ilə özüm də uzun müddət məşğul olmuşam. Bizim ekspertlərimiz nəinki Azərbaycanda, hətta Avropada da peşəkar səviyyədə molekulyar genetika ilə məşğul olurlar. Molekulyar genetika mütərəqqi elmdir.

Həmin “ekspertlərdən” molekulyar genetika elminin əleyhinə yönələn fikirləri dayandırmağı tələb edirəm. Əks halda, bu iddialara hüquqi qiymət verilməsi məsələsini gündəmə gətirməyə məcbur olacağıq.

Hər hansı məhsulun özəl xüsusiyyətini qoruyub saxlamaq üçün başqa bir orqanizmin geni ona transfer olunur. Bu da sadəcə, bəlli məhsullarda həyata keçirilir. Çiyələk, albalı, heyva, qarpız kimi məhsullar ərzaq səbətinə daxil deyil. Dünya elmi bu sahəyə vəsait ayırıb modifikasiya ilə məşğul olmur. Siçovulun, ayının hansı özəlliyi var ki, onu kartofun, pomidorun geninə transfer etsinlər”.

Tarix
2024.04.18 / 12:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla