Yuxarı

Şahdağda anomal istilər başlayıb - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahdağda anomal istilər başlayıb - Fotolar

"Şahdağ turizm kompleksi tıxaclı, səs-küylü bayram günlərini geridə qoyub. İstirahət mərkəzi artıq adi günlərinə qayıdıb. Bir neçə müddət əvvəlki qələbəlik seyrəlsə də, istirahətini davam etdirənlərin sayı elə də azalmayıb. İstirahət mərkəzində anomal istilər müşahidə olunur".

Bunları "Axar.az"ın hazırda istirahət mərkəzində olan əməkdaşı göndərdiyi yazıda qeyd edib.

Şahdağda olan əməkdaşımızın yazdıqlarını təqdim edirik.

"Yen il arxada qaldı. Ən maraqlısı isə odur ki, Şahdağda bir neçə gündür ki, anomal istilər müşahidə olunur. Qalın geyimlərdən istifadə edənlərin sayı azdır. Qiymətlər isə yeni il bayramında olduğundan azacıq fərqlənir.

İstirahətin növündən və müddətindən asılı olaraq qiymətlər də müvafiq olaraq dəyişir.

İyirmi manat ödəniş etməklə gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı əldə edirsiniz. İstirahət edəcəyin günlərin sayı artdıqca, xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 20 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 84 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc 12 manat təşkil edir.

İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Turist 33 manat ödəməklə xizək dəstini (xizək, dəyənəklər, ayaqqabı, geyim, dəbilqə) 1 günlük kirayələyə bilər. Lakin turistin özünün uyğun geyimi varsa, xizək, dəyənəklər, ayaqqabı və dəbilqənin bir günlük kirayəsi üçün 14 manat ödəməlidir".

Tarix
2014.02.08 / 15:19
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla