Yuxarı

Cəbrayıl, Qubadlı, Zəngilana köçürüləcək əhalinin sayı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvafiq Dövlət Proqramına əsasən 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda deyib.

O vurğulayıb ki, hazırda Zəngilanda da böyük iş görülür:

“Zəngilan şəhərində də yaşayış evlərinin tikintisi həyata keçirilir. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir.

V.Hacıyev qeyd edib ki, həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Horovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.

"2022-2026-cı illər üzrə Dövlət proqramına əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir", - Prezidentin nümayəndəsi bildirib.

Tarix
2024.04.24 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla