Yuxarı

Hindistandan Bakıya gələnlərin sayı artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan 2,4 dəfə, Qazaxıstandan 2,4 dəfə, Bəhreyndən 2,1 dəfə, Səudiyyə Ərəbistanından 2 dəfə, Qırğızıstandan 2 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşıdır.

Axar.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov yazıb.

O bildirib ki, digər diqqəti çəkən digər məqam Hindistandan gələnlərin sayındakı artımdır:

“Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşı olub.

Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempi qorunub saxlanılıb: AB-dən gələnlərin sayı 1,6 dəfə, ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı isə 31 faiz artıb.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.

Tarix
2024.04.25 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla