Yuxarı

"Dialoq Avrasiya”nın rəhbəri “Gündəlik Teleqraf”da - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dialoq Avrasiya”nın rəhbəri “Gündəlik Teleqraf”da - Foto

"Dialoq Avrasiya" Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm "Gündəlik Teleqraf" Media Qrupunun qonağı olub.

Publika.az xəbər verir ki, Cəlil Ərdəm "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı ilə görüşdə gələcək fəaliyyət və əməkdaşlıq haqda danışıb.

Bildirib ki, ölkədə aparıcı media orqanlarını özündə birləşdirən "Gündəlik Teleqraf" Media Qrupu 4 illik fəaliyyəti boyunca üzərinə düşən işi layiqincə yerinə yetirən KİV-lərdəndir:

"Sizi 4 illik yubileyiniz münasibətilə təbrik edirəm və daha uzunömürlü olmağınızı arzulayıram. Çünki indiki dünya reallığında həm Türkiyədə, həm də Azərbaycanda sosial məsuliyyəti hiss edən media orqanlarına həmişə ehtiyac var".

"Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı qonağa rəhbərlik etdiyi media orqanlarının iş prinsipi və fəaliyyəti haqda məlumat verib.

A. Camalqızı bildirib ki, sosial medianın inkişaf etdiyi bir dövrdə informasiyanın dəqiqliyi və obyektivliyi problemi getdikcə böyüyür: "Digər tərəfdən, dövlət və xalqın maraqlarının müdafiəsi, eyni zamanda cəmiyyətin fundamental dəyərlərinin qorunması problemləri meydana çıxır. Bu vəziyyət medianın üzərinə böyük məsuliyyət qoyur. Biz həmişə bu sosial məsuliyyəti hiss edərək işləməyə çalışmışıq".

Azərbaycan mediasının inkişafı haqda danışan A. Camalqızı KİV-ə dövlət dəstəyinin vacib amil olduğunu bildirib.

"Azərbaycan dövlətinin mediaya qayğısı böyükdür. Medianın inkişafı yüksək səviyyədə dəstəklənir. Məhz bu həssas münasibətə görə son dövrlər Azərbaycan mediası kifayət qədər inkişaf edib", - deyə o vurğulayıb.

Türkiyə və Azərbaycan qardaşlığından danışan C. Ərdəm iki ölkə arasındakı münasibətlərdə medianın rolunu xüsusi qeyd edib. Qonaq "Dialoq Avrasiya" Platformasının Azərbaycanda həyata keçirdiyi layihələr və gələcək planlar haqqında da məlumat verib.

Azərbaycan nümayəndəliyinin rəhbəri yeni layihələrin həyata keçirilməsində "Gündəlik Teleqraf"-a aid olan media orqanları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Tarix
2016.03.04 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla