Yuxarı

Rus jurnalist Bakıdan sevgi dolu məqalə yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus jurnalist Bakıdan sevgi dolu məqalə yazdı

Misir və Türkiyədə kurortların bağlanmasından sonra rusiyalılar yeni turistik istiqamətlər axtarmağa başladılar. Nəticədə keçən il əsas xətlərdən biri Tiflis oldu, amma bu il ona Qafqazdakı qonşusu Bakı da yoldaşlıq edə bilər.

Axar.az xəbər verir ki, bu sözlər jurnalist Artyom Ryazantsevin "Lenta.ru" saytındakı "Bakı paradoksu" yazısında yer alıb. Müəllif məqalədə Azərbaycandakı bir çox yerlərin rus turistlərin marağını cəlb edə biləcəyini söyləyib:

"Bakıda başqa keçmiş sovet respublikalardan fərqli olaraq, hər kəs rusca danışır və bunu məmnuniyyətlə edirlər. Sirr təkcə ənənəvi Şərq qonaqpərvərliyində yox, həm də siyasətdədir. SSRİ-nin parçalanmasından sonrakı 25 ili bizim ölkələr dostluq şəraitində keçiriblər. Ona görə də Azərbaycan nadir ölkələrdən biridir ki, burada ruslar əvvəlki kimi arzu olunan qonaqlardır. Restoranda rus dilində menyu yoxdurmu? Problem deyil, ofisiant məmnuniyyətlə sizə yerli yeməklər haqqında danışar. Tikə, lülə kabab, Bakı pomidorları... Ad hamınıza tanışdır, amma əgər Bakıda bunun dadına baxmamısınızsa, o zaman hesab edin ki, ümumiyyətlə, bunun dadını bilmirsiniz. Naharın sonunda vacib ritual – kəklikotulu çay, ev mürəbbəsi, üstəgəl Şərq şirniyyatları ilə birgə".

Məqalədə həmçinin Azərbaycanın milli mətbəxindən, neft bumunun tarixindən, Bakının arxitekturasının müxtəlifliyindən də söhbət açılır.

Tarix
2016.03.07 / 13:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla