Yuxarı

MTRŞ-in ANS-ə qarşı qərarları qüvvədə qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-in ANS-ə qarşı qərarları qüvvədə qaldı

Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı doqquz inzibatı iddiasına baxılıb.

Report-un məlumatına görə, ANS-in şikayətləri təmin edilməyib.

Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. İyirmi altı şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Səbail Rayon Məhkəməsi həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərib. Məhkəmə işlərin Milli Televiziya və Radio Şurasında yenidən baxılıb qərar qəbul etməsini istəyib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əvvəlki qərarlar qəbul olunub. Daha sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib.

Tarix
2016.03.07 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla