Yuxarı

NK qərar verdi: Forma-88 üçün say 5-dən 73-ə qaldırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
NK qərar verdi: Forma-88 üçün say 5-dən 73-ə qaldırıldı

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bəs, yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb.

Onun sözlərinə görə, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq:

“Belə ki, müddət gözlənilmədən göndəriş (Forma-88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətəndaşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək.

Belə ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. Müddət gözlənilmədən Forma-88 rəsmilləşdiriləcək.

Digər mühüm məqam əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır. Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi.

Bütövlükdə yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı, bu sahədə əlçatanlığı artıracaq”.

Tarix
2024.05.15 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla