Yuxarı

MTRŞ-dən Aygünün qeyri-etik eyhamına cavab - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dən Aygünün qeyri-etik eyhamına cavab - Video

Xəzər TV-də yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi "5\5" verilişində qanun pozuntusu yoxdur.

Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

T.Məmmədov bildirib ki, xalq artisinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu hesab oluna bilməz:

"Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilməz. Yəni verilişdə qanun pozuntusu faktı müşahidə olunmur".

Qeyd edək ki, sözügedən verilişdə A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov barədə bunları deyib:

"Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox".

Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Tarix
2016.03.09 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla