Yuxarı

"Qulunu sayıram, Arif Alışanovu isə…"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qulunu sayıram, Arif Alışanovu isə…"

Tanınmış telejurnalist Qulu Məhərrəmli ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov arasında günlərdir davam edən söz çəkişməsi məhkəmə müstəvisinə çıxıb. Bu qarşıdurmanın davam etməsi isə ümumilikdə jurnalistikaya zərər vurur.

Jurnalistikamızın ağsaqqalı, araşdırmaçı professor Şirməmməd Hüseynov onları barışdıra bilərmi?

Şirməmməd Hüseynov Modern.az saytına bildirib ki, Qulu Məhərrəmlini kiminləsə müqayisə etmək olmaz:

"O, respublikanın görkəmli, tanınmış jurnalistidir. Arif Alışanov da məmurdur, jurnalist deyil. Arif Alışanov idarəçilik, maliyyə işini yaxşı bilir, amma jurnalistikadan başı çıxmır, Azərbaycan televiziyasını sovet dövrü televiziyasına çevirib. Ona görə də tənqidə dözmür, demokratiya ilə arası yoxdur və o, diktatura tərəfdarıdır. Qulu Məhərrəmli 21-ci əsrin jurnalistidir, Arif Alışanov isə sovet dövrünün adamıdır".

Ş.Hüseynov Arif Alışanovu çox ağır şəkildə ittiham edib: "Mən vaxtilə demişəm, indi də deyirəm ki, Məhəmməd Əmin Rəsulzadəyə qarşı düşmənçiliyi Azərbaycan televiziyası və Arif Alışanov edib. Onun məhkəmədən, davadan başqa bildiyi bir şey yoxdur. Əgər sözü varsa, müasir dövrdən, jurnalistikadan, mətbuat tarixindən başı çıxırsa, elmi mübahisəyə girsin, məhkəmə mübahisəsinə yox".

Ş.Hüseynov "Ağsaqqal jurnalist kimi Qulu Məhərrəmliyə və Arif Alışanova nə tövsiyə edərdiniz" sualına cavabında, "Mən Qulu Məhərrəmlini dövrün ən qabiliyyətli, istedadlı jurnalisti, publisisti, alimi sayıram. Amma Arif Alışanovu saymıram, o məmurdur, onun bizim peşəyə dəxli yoxdur" - deyib.

"Hansı bir məqaləsini, kitabçasını oxumusunuz? Yoxdur, elm adına onun heç nəyi yoxdur".

Tarix
2016.03.10 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla