Yuxarı

İcra hakimiyyətlərində islahatlar - Xalq dəstəklədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra hakimiyyətlərində islahatlar - Xalq dəstəklədi

Sosial Tədqiqatlar Mərkəzi (STM) yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı sorğular keçirib.

Bu barədə Axar.az-a STM-dən məlumat verilib.

Qeyd olunub ki, ötən dövrdə aparılmış institusional islahatlar nəticəsində mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti inzibati ərazi vahidləri ilə hüdudlaşan yerli bölmələri regional miqyasda yenidən təşkil edilib. Sözügedən orqanlar tərəfindən yerli xidmətlərin regional mərkəz, bölmə, yaxud filiallardan göstərilməsi yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı daim ictimai müzakirələr yaradıb.

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 69.4%-i yerli idarəetmə sistemində islahatların aparılmasını dəstəklədiyini bildirib. 23.9%-i islahatlara ehtiyac görmədiyini ifadə edib. Respondentlərin 7.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Respondentlər arasında ali təhsillilərin 73.0%-i, orta təhsillilərin 64.8%-i islahatların aparılmasına dəstəyini bildirib. Kənd ərazi vahidlərində məskunlaşanların 60.9%-i, şəhərdə yaşayanların 74.2%-i islahatların aparılmasını dəstəkləyib.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Tarix
2024.05.24 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla