Yuxarı

Deyir ki, Anar getsin, evində ölsün - Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deyir ki, Anar getsin, evində ölsün - Novruzov

Azərbaycanda ağsaqqal anlayışı önəmlidir.

Axar.az xəbər verir ki, bunu Modern.az-a YAP-çı deputat Siyavuş Novruzov deyib.

O, müsahibəsində qocaman deputatların yenidən namizəd olmasına etiraz edən adamlara cavab verib:

"Bu, səhv fikirdir. Dünyanın hər yerində - elə qardaş Türkiyənin özünü götürək, yaşlı insanlara üstünlük verildiyini görərik. Bunu mən deyə bilərəm, çünki hələ 60 yaşım yoxdur. Deyə bilməyəcəklər ki, özünü müdafiə edir. İnsan yaşlaşanda ağlı qaçmır ki, əksinə, daha da müdrikləşir. Azərbaycanda ağsaqqal anlayışı önəmlidir. Bu yaxınlarda Anarın heç bir kitabını oxumayan birisi deyir ki, Anar getsin, evində ölsün. Sənin valideynin barədə bir başqası belə desə, xoşuna gələr?

Dünən ortaya çıxan, bir sətir yaza bilməyən, mübtəda ilə xəbərin yerini itirən adamlar Azərbaycanın məşhur bəstəkarlarına, rəssamlarına, alimlərinə yaş iradı tutur. Onlar bu yaşa qədər enişli-yoxuşlu yollar keçiblər, çalışıblar.

Ona görə də insanları yaşa görə dəyərləndirmək düzgün deyil. Parlamentdə 70-75 yaşlı elə deputatlar var ki, oradakı gənc həmkarlarından qat-qat səmərəli fəaliyyət göstərir, həm dövlətə, həm seçicilərə, həm də Milli Məclisə xidmət edirlər".

Tarix
2024.05.24 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla