Yuxarı

Məhkəmə ANS-in cəriməsini qüvvədə saxladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə ANS-in cəriməsini qüvvədə saxladı

Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin 26 fakt üzrə ANS ÇM Yayım və Media şirkətinə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə 4 fevral 2016-cı il tarixli qərarından ANS ÇM-in Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə verdiyi şikayətlər təmin edilməyib.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, Səbail Rayon Məhkəməsi MTRŞ sədrinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.

Tarix
2016.03.11 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla