Yuxarı

Ermənilərin döydüyü azərbaycanlı ölməyib - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin döydüyü azərbaycanlı ölməyib - Video

12:16

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.

İnsident milli zəmində baş verib.

Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.

Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər. Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.

Baş verən insident isə bir daha göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində Ermənistan tərəfinə güvənməməkdə nə qədər haqlıdır. Ermənistan tərəfi son hadisə ilə nə qədər etibarsız tərəf olduğunu bir daha ortaya qoydu. İran vətəndaşı olan sürücü məhz milli mənsubiyyətinə - azərbaycanlı olduğuna görə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

***

İran vətəndaşının İslam Respublikası-Ermənistan sərhədində döyülməsi fakt üzrə Ermənistan İstintaq Komitəsi cinayət işi başladıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, İran vətəndaşı zərərçəkmiş şəxs kimi tanınıb və dindirilib. O, şikayətinin olmadığını bildirib.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən azərbaycanlının ölmədiyi vurğulanır.

Tarix
2024.07.13 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla