Yuxarı

Xankəndidə mühüm iclas: tapşırıqlar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə mühüm iclas: tapşırıqlar verildi

Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirin I müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şərait yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq. Qeyd edilib ki, stimullaşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.

Tədbirdə İşçi Qrupunun digər üzvləri təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim edib.

İclasda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılıb, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Tarix
2024.07.13 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla