Yuxarı

Ağadadaş Ağayevi yerə yıxıb, möhkəm döyüb… - Şok təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağadadaş Ağayevi yerə yıxıb, möhkəm döyüb… - Şok təfərrüat

11:53

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli qeyd edib.

O bildirib ki, xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışıb:

"Hadisə belə olub: Ağadadaş Ağayev “Medera” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb “Medera” nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi deyib ki, mən niyə çağırıram, get, özün çağır. Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.

Sonra xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib. Görün, “Medera”nın işçiləri nə dərəcədə harınlayıb ki, küçənin ortasında xalq artistini döyür. Bir xəstəxananın həkimləri səhv müalicəyə görə gündə bir xəstəni öldürürsə , oranın mühafizəçisindən bundan artıq nə gözləyəsən?”

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.

Tarix
2024.07.23 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla