Yuxarı

Qeyri-adi dələduzluq: 3 nəfərin 43 minini, görün, necə alıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

DİN-dən Axar.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Serqey Karnauxov saxlanılıb.

Müəyyən edilib ki, S.Karnauxov Teleqram sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28.000, 9.000 və 6.000 manat olmaqla ümumilikdə 3 vətəndaşa 43.000 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra Teleqramda əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.

Faktlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-də araşdırmalar davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

Tarix
2024.07.27 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Bakıda Əliyevlə bunu müzakirə edəcək - Nazir

Milli Məclisin növbəti plenar iclası başladı

Mirzoyan bu gün İstanbulda dəhlizə razılıq verəcək - Təcili

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İran səfirliyi Azərbaycanı təbrik etdi

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla