Yuxarı

Qusarçay üzərindəki yolu sel apardı: yol bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusarçay üzərindəki yolu sel apardı: yol bağlandı

Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır.

Qubada yerləşən “5 saylı Yol İstismarı MMC”nin mühəndisi Rövşən Babayev Azərtac-a bildirib ki, körpü yaxınlığındakı alternativ yol çayda suyun səviyyəsi azalandan sonra bərpa olunacaq:

“Hazırda çayda güclü sel müşahidə olunur. Həmin ərazidə texnikanın işləməsi mümkün deyil. Vəziyyətə nəzarət edirik. Suyun səviyyəsi azalan kimi, alternativ yol qısa zamanda bərpa ediləcək”.

Qusarçay üzərində uzunluğu 146, eni 10 metr olan körpünün əsaslı təmiri isə sentyabr ayında başa çatdırılacaq.

Tarix
2024.07.27 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla