Yuxarı

İsrail İrana hücumdan öncə İraqda gizli baza qurubmuş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İrana hücumdan öncə İraqda gizli baza qurubmuş

İsrail İrana qarşı hərbi əməliyyata başlamazdan əvvəl İraq ərazisində gizli hərbi baza yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, həmin obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz kimi istifadə olunub. Bazada həmçinin xüsusi təyinatlı qüvvələr və axtarış-xilasetmə qrupları yerləşdirilib. Onların vəzifəsi döyüş əməliyyatları zamanı İsrail təyyarələrinin vurulması ehtimalına qarşı operativ müdaxilə etmək olub.

Bildirilib ki, ABŞ-a məxsus F-15 qırıcısının İran səmasında qəzaya uğraması zamanı İsrail Vaşinqtona yardım təklif edib. ABŞ hərbçiləri pilotları öz qüvvələri ilə təxliyə etsələr də, İsrail həmin vaxt xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə hava zərbələri endirib. Martın əvvəlində İraqdakı gizli bazanın ifşa olunması riski yaranıb.

Qeyd olunur ki, oxşar müvəqqəti hərbi obyektlər ABŞ tərəfindən də əməliyyatlar zamanı istifadə olunur. Aprelin əvvəlində İran ərazisində amerikalı pilotların təxliyəsi zamanı da belə bir baza qurulub, əməliyyat başa çatdıqdan sonra isə istifadə olunmayan hərbi texnika məhv edilib.

Tarix
2026.05.10 / 09:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla