Yuxarı

Şamaxı rəsədxanası üçün “Database” yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxı rəsədxanası üçün “Database” yaradılır

Avropa İttifaqının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən Mariya Sklodovska-Küri qrant razılaşması çərçivəsində Estoniyanın Tartu Rəsədxanasının İnformasiya Texnologiyaları üzrə baş mütəxəssisi Tönis Eenmae N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi ezamiyyətdədir.

Rəsədxanadan Axar.az-a bildirilib ki, eston mütəxəssis öncə spektral və fotometrik müşahidələrin aparılması zamanı istifadə olunan müasir qurğularla və müşahidə materiallarının işlənməsi zamanı istifadə olunan proqram qovluqları ilə tanış edilib. İnfrastrukturu bəyənən qonaq rəsədxanada göy cisimlərinin müşahidələrinin aparılması zamanı istifadə olunan qurğuların hazırkı standartlara uyğun olduğunu vurğulayıb.

Bir aylıq elmi səfərin əsas məqsədi Şamaxı Astrofizika Rəsədxanası üçün “Database” verilənlər bazasının yaradılmasıdır. Xarici ölkələrin astronomları üçün əlçatan olan verilənlər bazasının mövcudluğu öz növbəsində rəsədxananın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə səbəb olacaq. Bu istiqamətdə artıq uzun müddətdir ki, Tartu Rəsədxanasının astronomları ilə geniş müzakirələr aparılır və konkret əməkdaşlıq planları nəzərdən keçirilir.

Tarix
2024.07.31 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla