Yuxarı

Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.

Axar.az xəbər verir ki, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Nümayəndə heyəti üçün DOST mərkəzlərinin fəaliyyəti və könüllülük proqramı haqqında geniş təqdimat keçirilib.

İştirakçılar könüllülərin xidmət prosesində iştirakını yaxından müşahidə edib, həmçinin könüllü namizədlər üçün təşkil olunan müsahibə prosesini izləyiblər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olan nümayəndə heyətinə Mərkəzin fəaliyyət istiqamətləri və könüllülərin bu prosesdəki rolu barədə məlumat verilib. Qonaqlar mərkəzin benefisiarları və könüllülərinin iştirakı ilə təşkil olunan ustad yaradıcılıq dərslərində (masterklass) iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzinə də baş çəkib. Onlar burada DOST TV studiyasına da ekskursiya edərək qurumun media-kommunikasiya fəaliyyəti ilə yaxından tanış olublar.

İki günlük səfər müddətində Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin müxtəlif departamentlərində görüşlər keçirib, könüllülər üçün təşkil olunan adaptasiya təlimlərini, qrup layihələrinin təqdimatlarını və "Fərdi inkişaf" klubu çərçivəsində keçirilən sessiyaları izləyiblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tarix
2026.05.05 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri arasında mühüm müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla