Yuxarı

1,3 milyon siqaret müsadirə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1,3 milyon siqaret müsadirə olundu

Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı kimi Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində prioritet istiqamətlərdən biri qaçaqmalçılıq hallarına qarşı mübarizədir.

Komitənin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan yayınma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu fəaliyyətin nəticəsidir ki, təkcə tütün məmulatlarının qaçaqmalçılığı üzrə 2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1 mln. 273 min 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq faktları Aksiz Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar Gömrük İdarələri tərəfindən aşkar edilib.

Xüsusilə Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirlərdən aldıqları müəyyən məbləğ vəsaitə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə sui-istifadə hallarına yol verirlər.

DGK bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcək.

DGK bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər. Mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.

Tarix
2016.04.01 / 16:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla