Yuxarı

Müdafiə Nazirliyinin polkovniki həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:19

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.

O, mənimsəmədə və rüşvətalmada təqsirləndirilib. Belə ki, o, korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək mənimsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

Polkovnik barəsində müstəntiqin vəsatəti əsasında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Rüstəm Ağali oğlu Məmmədli həbs edilib.

Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Rüstəm Məmmədliyə Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib:

"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək".

Tarix
2024.08.30 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində öldü

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

Həsənovun müavini Pekində: mühüm görüşlər keçirdi

Bakı-İrəvan danışıqları: ABŞ bunu dəstəkləyir, Rusiya isə...

Bu, 2020-ci il razılaşmaları əsasında mümkündür - Overçuk

İranın Zəngəzur açıqlamasında Səddam Hüseyn misalı...

Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası

Onun vəfatı bizi son dərəcə kədərləndirdi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla