Yuxarı

Kəmaləddin Heydərov 2 rayonun sakinləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 30-da Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulunu keçirib.

Axar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat bildirilib.

Əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Ağdaş və Göyçay rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Tarix
2024.08.30 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində öldü

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

Həsənovun müavini Pekində: mühüm görüşlər keçirdi

Bakı-İrəvan danışıqları: ABŞ bunu dəstəkləyir, Rusiya isə...

Bu, 2020-ci il razılaşmaları əsasında mümkündür - Overçuk

İranın Zəngəzur açıqlamasında Səddam Hüseyn misalı...

Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası

Onun vəfatı bizi son dərəcə kədərləndirdi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla