Yuxarı

"Azərişıq" sədri Xaçmazda vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov avqustun 30-da Xaçmazda Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

Axar.az xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Xaçmaz rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq və aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2024.08.30 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

Həsənovun müavini Pekində: mühüm görüşlər keçirdi

Bakı-İrəvan danışıqları: ABŞ bunu dəstəkləyir, Rusiya isə...

Bu, 2020-ci il razılaşmaları əsasında mümkündür - Overçuk

İranın Zəngəzur açıqlamasında Səddam Hüseyn misalı...

Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası

Onun vəfatı bizi son dərəcə kədərləndirdi - Prezident

Ermənistan ordusu hərəkətləndi: haubitsalar daşınır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla