Yuxarı

ABB-də bank xidmətləri: rəqəmsal şəxsiyyət vəsiqəsi ilə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-də bank xidmətləri: rəqəmsal şəxsiyyət vəsiqəsi ilə...

Müştərilərin işini asanlaşdıran ABB bu istiqamətdə hər yeni imkanı dəyərləndirməyə çalışır. Artıq ABB filiallarında müştərilərin şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmələrinə gərək yoxdur. Müştərilər ABB filiallarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edib lazımi xidmətlərdən faydalana bilərlər.

Axar.az xəbər verir ki, şəxsiyyəti təsdiqləyən bütün məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilir. Beləliklə, şəxsiyyət vəsiqəsinin fiziki olaraq saxlanılması kimi xüsusi istisna hallar nəzərə alınmazsa, müştəridən fiziki olaraq şəxsiyyət vəsiqəsi tələb etməyə daha ehtiyac qalmır.

Bunun üçün, “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.

ABB bu imkanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq əsasında yaradıb.

Xatırladaq ki, 16 iyul 2024-cü il tarixində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim oluna (əldə edilə) bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2024.09.09 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla