Yuxarı

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

PFL-dən Axar.az-a verilən məlumata görə, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçiriləcək oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının X turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini istəyib.

“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 30-da reallaşacaq matç saat 17:00-da start götürəcək.

XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

Tarix
2025.10.28 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla