Yuxarı

Baş prokuror Türkiyə AM-in sədri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 11-də Baş prokuror Kamran Əliyev ölkəmizə işgüzar səfərə gələn Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror, Ömər Kərkəzi qardaş ölkənin Ali Məhkəməsinin sədri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

Tarixən milli köklərə söykənən münasibətlərimizin bütün sahələrdə dinamik inkişaf etdiyi bildirilərək, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri və apardıqları uzaqgörən xarici siyasət nəticəsində əlaqələrimizin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib.

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş bərpa quruculuq işlərinin aparıldığını, o cümlədən bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirərək, bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Baş prokuror bu ilin payızında ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən COP29 və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransına ev sahibliyi edəcəyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Ömər Kərkəz ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirilərək, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı iştirak edib.

Tarix
2024.09.11 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO-Turan dəhlizi: İran hərbi ssenariyə "əl atacaq"?

Bakı dəhlizi Rusiyanın “cibinə atdı”, gözləyir – Köçəryan

Bayramov Nurtleu ilə regional məsələləri müzakirə etdi

XİN Koulmanın açıqlamasını şiddətlə pislədi

Mətin Gürak azərbaycanlı generalla görüşdü

Azərbaycanın bu ölkələrdə səfirləri fəaliyyətə başladı

Blinken Əliyevə buna görə zəng etdi: Rusiyaya qarşı həmlə

Paşinyan bu müharibədən milyardlar qazanır

Kanadalı nazir müavini Xankəndi və Şuşada - Foto

Almaniya bu türk ölkəsinə milyardlar yatırır, Bakıya isə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla