Yuxarı

MSK-dan Natiq Cəfərlinin müraciəti ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK-dan Natiq Cəfərlinin müraciəti ilə bağlı qərar

Növbədənkənar parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Natiq Cəfərlinin müraciətinə baxılıb.

Axar.az xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, namizəd müraciətində dairə seçki komissiyasının ləğv edilməsini və dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını istəyib:

“Namizəd araşdırmaya gəlməyib. Namizəd tərəfindən təqdim edilən müraciətdə bülletenlərin seçki qutusuna atılmasını normal izləyə bilməmələri, protokolların imzalanmadan və möhür vurulmadan verilməsi, bülletenlərin sol küncünün əvvəlcədən kəsilmiş olduğu və s. məsələlər göstərib. Müəyyən edilib ki, namizəd tərəfindən 40 seçki məntəqəsində pozuntu olduğu iddia edilsə də, 7 seçki məntəqəsi üzrə tərtib edilən aktlar şikayətə əlavə olunub. İddia edilən pozuntuların baş vermədiyi, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərə lazımi şərait yaradıldığı müxtəlif partiyaların müşahidəçilərindən alınan izahatlarda öz əksini tapıb. Namizəd tərəfindən hazırkı şikayətə əlavə edilmiş elektron daşıyıcıda 5 seçki məntəqəsindən 10 videogörentü təqdim edilib. 1, 24, 25 saylı seçki məntəqələrində səsvermə kabinələrindən 2 nəfərin çıxması müşahidə edilir. Araşdırma zamanı müəyyən edilib ki, onlardan biri səs verən, digəri isə ona kömək edən şəxsdir və videoda da görünür ki, qutuya yalnız 1 bülleten atılıb. Aparılmış araşdırma ilə müəyyən edilir ki, dairə seçki komissiyası düzgün qərara gəlib və müraciət təmin edilməməlidir”.

Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Tarix
2024.09.12 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla