Ana səhifə Toplum |
15:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” otelində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Axar.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına hoteldə yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan otel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Oteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları - “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.
“Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” otelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Xankəndinin mərkəzində yerləşən “Bulud” otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.
Tarix
2024.09.19 / 19:44
|
Müəllif
Axar.az
|